IQNA

Ayətullah Üzma Seyyid Əli Xamenei başsağlığı verdi

12:03 - September 05, 2021
Xəbər sayı: 3490662
Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları şiələrin böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Məhəmməd Səid Həkimin vəfatı münasibəti ilə başsağlığı ismarıcı verib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları şiələrin böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Məhəmməd Səid Həkimin vəfatı münasibəti ilə başsağlığı ismarıcı verib.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin başsağlığı mesajında deyilir:

"Bismillahir-Rəhmanir-Rəhim.

Mühəqqiq alim, mərhum Ayətullah Hacı Ağa Seyid Məhəmməd Səid Həkimin (Allahın rəhməti ona olsun) vəfatı münasibəti ilə Nəcəf şəhərinin əzəmətli elmi dini hövzəsinə, təqlid mərcələrinə və oranın digər hörmətli alimlərinə, Təbatəbayi Həkimin hörmətli ailəsinə, övladlarına və digər əzizlərinə təsliyət deyirəm.

O, böyük təqlid mərcəsi, fiqh və üsul elmlərində dəyərləri əsərlərə sahib biri idi. Onun yoxluğu dini hövzə üçün böyük elmi itkidir. O mərhuma Allahın rizvanını istəyirəm."

Seyyid Əli Xamenei

13 Şəhrivər 1400 hicri-şəmsi

4 Sentyabr 2021 milad

   

iqna

captcha