IQNA

Hahifzlər Elmi Mədrəsələrində 1800 nəfər tələbə təhsil alır

22:24 - September 12, 2021
Xəbər sayı: 3490722
İran İslam Respublikasının Ali Dini Elmi Hövzələrinin tabeliyində fəaliyyət göstərən Quran Hafizləri Elmi Mədrəsələrində 1800 nəfər tələbə təhsil alır.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali Dini Elmi Hövzələrinin tabeliyində fəaliyyət göstərən Quran Hafizləri Elmi Mədrəsələrində 1800 nəfər tələbə təhsil alır.

Bu barədə Ali Dini Elmi Hövzələrinin Quran və Hədis İdarəsinin müdiri Höccətul-İslam vəl-müslimin Seyyid Həsən Hüseyni yeni təhsilinin başlanması münasibəti ilə keçirilən virtual mərasimdə məlumat verib.  

Höccətul-İslam vəl-müslimin Seyyid Həsən Hüseyni yeni təhsil ilinin başlanması mərasimində çıxış edərək deyib: Quran hifzi mədrəsələrinin varlığı Dini Elmi Hövzələrin bərəkətindəndir. Çünki bu mədrəsələr Qurani insanların yetişdirilməsi üçün çox mühüm bir fəza yaradıb.  

O əlavə edib: Allah kəlamı olan Qurani-Kərim insanların hidayət edilməsi və kamala çatdırılması üçün nazil edilib. Şübhəsiz ki Quran mədrəsələri Qurani tərbiyə məsələsində ən çox məsuliyyəti daşıyırlar. Quran mədrəsələri insanların mənəvi tərbiyəsində və Qurana əməl etməkdə bayraqdır olmalıdır.

Seyyid Hüseyni vurğulayıb: Quran hifzi mədrəsələrində təhsil alan tələbələr altı ilə Quranı tərtiblə və həm də mövzu əsasında hifz edirlər. Həmçinin bu altı ildə İslam maarifini öyrənir və potensial olaraq dini təbliğçi olurlar. / iqna

captcha