IQNA

Nəcəf Peyğəmbərin (s) vəfatı mərasiminə hazırdır - Foto

11:47 - October 04, 2021
Xəbər sayı: 3490888
Əhli-Beyt (ə) aşiqləri İraqın hər yerindən və həmçinin xarici ölkələrdən risalət və imamət məqamı ilə beyətlərini təzələmək üçün Nəcəf şəhərinə axışırlar.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində yerləşən İmam Əli (ə) hərəminin idarə heyəti Səfər ayının 28-də əziz İslam Peyğəmbərinin (s) vəfatı münasibtəi ilə əzadarlıq mərasimini keçirməyə və zəvvarları qarşılamağa hazırdır.

İmam Əlinin (ə) hərəmində Həzrət Məhəmməd (s) peyğəmbərin və sevimli nəvəsi Həzrət İmam Həsənin (ə) şəhadəti münasibəti ilə keçiriləcək əzadarlıq mərasimində zəvvarların təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri həyata keçirilib.

Bu barədə Nəfəc şəhərinin meri ötən gün (Bazar, 3 Oktyabr 2021) mətbuata açıqlama verib.

İmam Əli (ə) hərəminin idarə heyəti media məsulu Faiq Şəmri bildirib ki, Nəcəf şəhərinin daxilində və şəhərdən xaricdə zəvvarların qarşılanması və təhlükəsizliyinin qorunması üçün lazım olan işlər görülüb.

Şəhərin bütün istiqamətlərində zəvvarların məskunlaşması, sanitariyası, qidalanması və daşınması üçün imkanlar yaradılıb.

Nəcəf şəhərinin polis bölməsinin sözçüsü Miqda Musəvi vurğulayıb ki, Səfər ayının 28-də xüsusi təhlükəsizlik tədbirləri həyata keçiriləcək və 20 min təhlükəsizlik işçisinin iştirakı ilə başlanan bu tədbirlər ƏRBƏİN mərasimindəki təhlükəsizlik tərbirlərinin davamıdır.

Qeyd edək ki, Nəfəc şəhəri hər il İmam Əlinin (ə) hərəminzə ziyarətə gələn  milyonlarla zəvvarı qarşılayır. Zəvvarların sıxlıq təşkil etdiyi günlərdən biri də Həzrət Peyğəmbərin (s) vəfatı və sevimli nəvəsi Həzrət İmam Həsənin (ə) şəhadət günləridir.

Əhli-Beyt (ə) aşiqləri İraqın hər yerindən və həmçinin xarici ölkələrdən risalət və imamət məqamı ilə beyətlərini təzələmək üçün Nəcəf şəhərinə axışırlar. / 4002165

captcha