IQNA

Ali Məqamlı Rəhbərin iştirakı ilə 28 Səfər əzadarlıq mərasimi keçirilib - Foto

13:35 - October 05, 2021
Xəbər sayı: 3490896
Sağlamlıq protokolları səbəbindən cəmiyyətin itşirakı olmadan keçirilən bu mərasimdə çıxış edən Höccətül-İslam Ali Peyğəmbəri-Əkrəmi (s) Allahın ən böyük təcəllisi adlandırıb.
Bu gün səhər Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə sonuncu peyğəmbər Həzrət Muhəmməd Mustafanın (s) vəfatı və Həzrət İmam Həsən Müctəbanın (s) şəhadət ildönümünə həsr edilmiş matəm mərasimi keçirildi.
Sağlamlıq protokolları səbəbindən cəmiyyətin itşirakı olmadan keçirilən bu mərasimdə çıxış edən Höccətül-İslam  Ali Peyğəmbəri-Əkrəmi (s) Allahın ən böyük təcəllisi adlandırıb.
O bildirib ki, Peyğəmbəri-Əkrəmin (s) ən yaxşı tanıdıcısı Mütəal Allahın özüdür.  Allah – Taala Qurani Kərimdə Peyğəmbəri (s) belə tanıtdırır: “Həqiqətən, sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.” (Tövbə surəsi, ayə 128).  
Həmçinin bu mərasimdə iştirak edən cənab Sələhşur zikri-müsibət və mərsiyə oxudu. / 4002543

captcha