IQNA

Beynəlxalq Quran Hekayəsi yazmaq yarışı

10:04 - November 05, 2021
Xəbər sayı: 3491135
Astan Qüds Hüseyninin Darul-Quranı, qadın universitet tələbələri arasında ilk Beynəlxalq Quran Hekayəsi Yazmaq Müsabiqəsi keçirib.

Qurani KərimİQNA xəbər agentliyinin verdiyi xəbərə əsasən, İranın İraqdakı mədəniyyət müşaviri bildirib ki, Astan Hüseyninin Babian Darul-Quranına bağlı qadınların Quran fəaliyyəti bölməsinin rəhbəri Əməl Əl-Muturi deyib: "İraq universitetlərindən və bəzi ərəb ölkələrindən 35 qız tələbənin iştirakı ilə "Quran ayəsi ilə hekayəm" adlı müsabiqə keçirilib."

Əl-Muturi bu Quran yarışmasının təfərrüatları haqqında deyib: "Müsabiqənin nəticələri Küveyt, Livan və İraqdan olan ixtisaslaşdırılmış komitə tərəfindən elan edildikdən sonra birinci yerlər elan edilib və onlar mükafatlandırılıb."

O, bildirib ki, Astan Hüseyninin Darul-Quranı bu müsabiqədə seçilmiş hekayələri tezliklə kitab halında nəşr etdirəcək və Astanın Darul-Quran sosial şəbəkələrində dərc edəcək.

Həmçinin bu müsabiqənin qalibləri ilə radio və televiziya verlişləri keçiriləcək.

Əl-Muturi bu yarışmanın məqsədi haqqında belə deyib: "Bu müsabiqə, gənclərin intellektual və ədəbi qüvvələrinə diqqət yetirmək, onları yazmağa həvəsləndirmək, mütəxəssis Quran yazıçılarını yetişdirmək məqsədi ilə keçirilir."

5341132

captcha