IQNA

Nəcəfdə Şaban ayı münasibətilə Quran məclisləri keçirilib

10:19 - March 10, 2022
Xəbər sayı: 3491889
Müqəddəs Ələvi Astanının Darul-Quranı İmam Hüseynin (ə) mövludu ilə eyni vaxtda Şaban ayı münasibətilə Quran məclisi keçirib

"İQNA", Müqəddəs Ələvi Astanının Darul-Quranına istinadən xəbər verir ki, Şəban ayının üçüncü günü və İmam Hüseynin (ə) mövlud ildönümü münasibəti ilə keçirilən Quran məclisində bu Astanın Darul-Quranının müdiri Şeyx Cəlal əl-Tuba İmam Hüseynin (ə), Həzrət Əbülfəzin (ə) və İmam Səccadın (ə) mövludu münasibətilə İmam Zamana (ə), bütün şiələrə, İslam ümmətinə və böyük təqlid mərcələrinə təbrik deyib. O, İmam Sadiqdən (ə) bir hədis nəql edib: "Bizim şiələrimiz bizim torpağımızın artığından yaranıb, şad günümüzdə şad, kədərli günümüzdə qəmli olurlar."

O, əlavə edib ki, Müqəddəs Ələvi Astanının Darul-Quran katibliyi bu Quran məclislərini Şəban ayının üçüncü və İmam Hüseynin (ə) mövludu günündən başladıb. Bu Quran məclisləri Şaban ayının 15-i və İmam Zamanın (ə) mövlud gününə qədər davam edəcək. Bu Quran məclislərində Qurani-Kərim qariləri, Nəcəf Əşrəf və İraqın digər şəhərlərinin məddahları iştirak edəcək.

4041606

Teqlər: nəcəf ، Şaban ayı ، quran ، mövlud ، məclis
captcha