IQNA

Almaniyanın məscidlərində Corona məhdudiyyətləri aradan qaldırılıb

9:58 - April 12, 2022
Xəbər sayı: 3492049
Almaniya Müsəlmanları Koordinasiya Şurası açıqlamasında bildirib ki, artıq sosial məsafə və korona məhdudiyyətlərinə riayət etmədən məscidlərdə toplaşmaq və namaz qılmaq mümkündür.

"İQNA", "İslamik"-ə istinadən xəbər verir ki, 2020-ci ildən bəri Corona böhranı səbəbindən müsəlmanlar sosial məsafəyə və digər Corona qanunlarına riayət etmədən məscidlərdə namaz qıla bilmirdilər.

Son iki ildə baş verən Corona böhranı insanların sosial həyatına dərin təsir göstərib və məscidlər kimi dini mərkəzlərə bir çox məhdudiyyətlər qoyub.

Almaniya Müsəlmanları Koordinasiya Şurasından verilən açıqlamaya görə, müsəlmanlar artıq sosial məsafə olmadan məscidlərdə birlikdə namaz qıla bilərlər. Bununla belə, məscidlərdə maskalardan istifadə hələ də məcburidir.

4048482

captcha