"İQNA", "New Leave Post"-a istinadən xəbər verir ki, Danimarkanın ifratçı sağçı partiyasının lideri Rasmus Paludan İsveç polisinin etirazına baxmayaraq Linkkupinqdə Quranın nüsxəsini yandırıb və onun videosunu sosial şəbəkədə yayıb.
Paludan Linköpinqdəki Əl-Risalat məscidinin yanında heç kimin olmamasından sui-istifadə edərək Qurani-Kərimə qarşı yeni bir cinayət törədib və təxribat hərəkətindən sonra dərhal hadisə yerindən qaçıb.
İsveç polisi cümə günü elan edib ki, onlar Paludanın İsveçin müxtəlif şəhərlərində 1 May İşçi Bayramı ilə eyni vaxta təsadüf edən Qurani-Kərimi yandırmaq üçün nümayişlər təşkil etmək çağırışına qarşı çıxıblar.
Bu arada İsveçin Malm şəhəri Paludanın növbəti İşçi Bayramı aksiyası keçirmək qərarına yenidən etirazlara səhnə olub. "Niance" partiyasının təşkil etdiyi nümayişdə "Quran yandırmağa son" və "İslamofobiyaya son" kimi şüarlar yazılmış plakatlar asılıb.
"Niance" partiyasının lideri Mixail Yüksəl Paludanın təxribat xarakterli hərəkətlərinə son qoymağa çağırıb və deyib: "Bu ekstremist İsveçdə daxili iğtişaşlar yaratmağa çalışır. Həmçinin polislə müsəlmanların arasını vurmaq istəyir və bu məsələ diqqətə alınmalıdır".