IQNA

Parisdəki Luvr Muzeyində 8-ci əsrə aid Quran əlyazması nümayiş etdiriləcək

17:21 - October 22, 2022
Xəbər sayı: 3493126
Parisin Luvr muzeyində Qurani-Kərimin Özbəkistan ölkəsinə və eramızın 8-ci əsrinə aid bir hissəsinin əlyazması və bu ölkənin qədim əsərləri kolleksiyası nümayiş etdiriləcək.

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, Özbəkistan hökuməti 21 oktyabr 2022-ci il, cümə günü elan etdi ki, Parisdəki Luvr Muzeyində muzey mütəxəssislərinin bərpasına köməklik göstərdiyi onlarla Özbəkistan əsəri, o cümlədən eramızın 8-ci əsrinə aid Quranın bir hissəsinin əlyazması nümayiş etdiriləcək.

Bu muzeydə nümayiş etdiriləcək Özbəkistana aid digər əsərlər arasında iki min il əvvələ aid Budda heykəli də var.

Özbəkistan Dövlət Mədəniyyət və İncəsənətin İnkişafı İnstitutu açıqlama verərək bildirib ki, bu Quran əlyazması əsrlər boyu Kata Ləngər kəndində saxlanılıb və Quranın günümüzə qədər gəlib çatan ən qədim əlyazmalarından biridir.

Bu qurumun hesabatına görə, 2023-cü il noyabrın 23-dən martın 6-dək Luvr Muzeyində ümumilikdə 70 bərpa olunmuş əsər sərgilənəcək.

4093514

captcha