İslam İnqilabının aliməqamlı Rəhbəri bu addımı dünya imperializminin mahiyyət etibarilə İslam ilə düşmənçiliyinin əlaməti hesab ediblər və dünyanın bütün azadlıqsevərlərini müqəddəslikləri təhqir etmək və nifrət yaymaq kimi çirkin siyasətə qarşı müsəlmanlarla bərabər ayağa qalxmağa çağırıblar.
Həzrət Ayətullahül-üzma Xameneinin KHAMENEI.IR-in Twitter hesabında dərc olunan mövqeyinin mətni belədir:
"Söz azadlığı şüarı altında Quranın ağılsızcasına təhqir edilməsi dünya təkəbbürünün hücumlarının əsas hədəfinin prinsipcə İslam və Quran olduğunu göstərir. Dünya imperializminin bütün fitnələrinə baxmayaraq, zaman keçdikcə Quran daha da populyarlaşır və gələcək İslama məxsusdur. Dünyadakı bütün azadlıqsevər insanlar müqəddəslikləri təhqir etmək və nifrət yaymaq kimi pis niyyətli siyasətə qarşı müsəlmanlarla bərabər olmalıdırlar".
4117338