IQNA

Roma Papası Ayətullah Sistani ilə görüşünün ildönümü münasibətilə ona təşəkkür mesajı göndərib

18:44 - March 10, 2023
Xəbər sayı: 3493824
Vatikandan gələn bir heyət Roma Papası Fransiskin Nəcəfdəki görüşünün ildönümündə onun Ayətullah Sistaniyə təşəkkür mesajını çatdırıb.

"İQNA", "Middle East News" xəbər bwrosuna istinadən xəbər verir ki, Mərcəyi-təqlid Ayətullah Seyyid Əli Sistani bu gün Vatikanın Dinlərin Dialoqu Şurasının rəhbəri Migel Angelio İozo Guixonun başçılığı ilə Vatikandan gələn nümayəndə heyətini qəbul edib.

Bu heyət dünya katoliklərinin lideri Roma Papası Fransiskin Nəcəf Əşrəfdə Ayətullah Sistani ilə görüşünün ildönümü münasibətilə ona təşəkkür mesajını çatdırıb.

2021-ci ilin martında İraqa səfər edən Papa Fransisk Nəcəf Əşrəfdə Ayətullah Sistani ilə görüşüb.

4127076

captcha