IQNA

Yeni həddi-buluğa çatan qızların orucu ilə bağlı Ayətullah Sistaniyə sual və cavab

13:14 - April 05, 2023
Xəbər sayı: 3493965
Yeni həddi-buluğa çatan qızların orucu ilə bağlı böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki bu mövzuda sual və cavabı təqdim edir:

Sual: Qızım təzə həddi-buluğa çatıb. Zəif olduğundan oruc tutmaq onun üçün çətindir. Sualımız budur ki, olarmı ki, ramazan ayında oruc tutmasın və qış aylarında orucun qəzasını tutsun?

Cavab: Zəiflik, hətta çox olsa belə öz-özlüyündə orucu yemək üçün əsas vermir və hər gün oruc niyyəti etməlidir. Amma məşəqqətə (adətən dözmək mümkün olmayan çətinliyə) səbəb olarsa, bu halda (yalnız) zərurət qədər yemək və içmək caizdir. Amma vacib ehtiyata əsasən günün qalanını imsak etmək lazımdır. Ramazan ayından sonra isə qəzasını tutmaq lazımdır. Kəffarə vacib deyil.
captcha