IQNA

İngiltərədə Valsoll Məscidi və İslam Mərkəzinin təmir edilməsi

15:15 - June 23, 2023
Xəbər sayı: 3494367
LONDON (IQNA) - Əl-Mədinə məscidi və onun İngiltərənin Valsoll şəhərindəki ictimai mərkəzi söküləcək və yerinə iki mərtəbəli yeni məscid və İslam mərkəzi tikiləcək.

"İQNA", "Express And Star"-a istinadən xəbər verir ki, İngiltərənin Mançester-Liverpul bölgəsindəki Valsoll şəhər şurası bu şəhərin İslam mərkəzi və məscidinin yenidən qurulması planına razılıq verib.

Bu İslam mərkəzi böyük ibadət zalı, kitabxana, bir sıra sinif otaqları, çoxməqsədli zal, mətbəxə bağlı olan yeməkxana, xüsusi qayğıya ehtiyacı olan insanlar, yaşlılar və qadınlar üçün yer, və bir sıra xüsusi idarə ofislərindən ibarət olmalıdır.

Bu İslam mərkəzinin rəsmiləri vurğulayıblar: "Bu mərkəzin yenidən qurulmasında məqsəd Valsolldakı müsəlman icmasının ehtiyaclarını ödəməkdir. Çünki bu məscidin imkanları hazırda onların ehtiyaclarını ödəmir. Bu, İslam, sosial və mədəni mərkəz olacaq. Həmçinin qeyri-müsəlmanların İslamı və onun ayinlərini yaxından tanımasına hər zaman açıq olacaq.

Walsall İngiltərənin Mançester-Liverpul bölgəsində bir şəhərdir. Bu şəhər Birmingemdən 8 kilometr şimal-qərbdə yerləşir və 2023-cü ildə Uolsollun hazırkı əhalisinin 287.000 nəfər olacağı təxmin edilir. Bu şəhərin əhalisinin təxminən 8%-ni müsəlmanlar təşkil edir.

4149623

captcha