IQNA

Dövlət əmlakından dövlətdən xəbərsiz istifadə etmək olarmı?

19:45 - July 11, 2023
Xəbər sayı: 3494444
NƏCƏF (IQNA) - Dövlət əmlakından istifadə etmək qanuni baxımdan buna hüququnuz çatmırsa, haramdır.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) shafaqna.com-a istinadla xəbər verir ki, bu barədə böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaniyə ünvanlanan sual və cavabı təqdim edir:

Sual: Dövlət əmlakından dövlətdən xəbərsiz istifadə etmək olarmı? Mən özüm üçün elə bir pensiya düzəldə bilərəmmi ki, qanuni baxımdan onu almağa haqqım çatmır?

Cavab: Dövlət əmlakından istifadə etmək qanuni baxımdan buna hüququnuz çatmırsa, haramdır.
captcha