IQNA

Ayətullah Sistani Roma Papasının məktubuna cavab verib

16:06 - August 02, 2023
Xəbər sayı: 3494547
NƏCƏF (IQNA) - Ali Məqamlı böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistani Roma Papası Fransiskin ona ünvanladığı məktubuna cavab verib.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) şəfəqna-ya istinadla xəbər verir ki, Məktubda zorakılıq və nifrətlə mübarizə və dini dəyərlərə tolerant yanaşma, bu yöndə  addımları bərqərar etmək və insanların həmrəyliyi üçün birləşdirici səylərin vacibliyi vurğulanıb.

Ayətullah Sistaninin Roma Papasına ünvanladığı məktubunda deyilir: “İraqa tarixi səfərinizin ikinci ildönümü və Zati-aliləri ilə Nəcəf Əşrəfdə görüşün ikinci ildönümü münasibətilə dəyərli məktubunuzu məmnunluqla aldım. Nəcəfdəki görüş İslam və Xristianlığın bir çox ardıcıllarını, eləcə də başqalarını müxtəlif dinlərə və inanclara malik insanlarla tolerantlıq və yaxşı birgəyaşayış dəyərlərini qəbul etməyə həvəsləndirən və təşviq edən mühüm görüş idi.”

Ayətullah Sistaninin məktubunda daha sonra deyilir: “Dünyada yaşayan məzlumların müdafiə edilməsinin zəruriliyi ilə bağlı fikrinizi bölüşürəm və qeyd edirəm ki, dünyanın şərqində və qərbində bir çox yerlərdə bir çox xalqların, etnik və sosial qrupların üzləşdiyi faciələr onlara qarşı tətbiq edilən fikri və dini təqiblərin və əsas azadlıqların boğulmasının nəticəsidir və sosial ədalətin olmaması – fikir və ya əqidə baxımından onlarla fərqli olan digərlərinə hücum etməkdən çəkinməyən bəzi ekstremist hərəkatların yaranmasında rol oynayır.

Mən hər kəsin bu narazılıqların həllinə daha çox diqqət yetirməsini, müxtəlif cəmiyyətlərdə layiqli ədalət və əmin-amanlığın əldə olunması üçün bacardığı qədər çalışmasını vacib hesab edirəm və bu, şübhəsiz ki, nifrət və radikallıq təzahürlərinin azaldılmasına öz töhfəsini verəcəkdir.”

Məktubun sonunda Ayətullah Sistani Papanın səhhətilə bağlı onun sağalmasını dua edərək bütün bəşəriyyətə sülh, əmin-amanlıq arzu etdiyini bildirib.

captcha