IQNA

Ayətullah Sistani fiziki məhdudiyyətli şagird ilə görüşdü

16:41 - September 15, 2023
Xəbər sayı: 3494742
NƏCƏF (IQNA) - Ayətullah əl-üzma Sistani iraqlı şagird Seyfəddin Səədi və onu ailə üzvlərini qəbul edib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) şəfəqna-ya istinadla xəbər verir ki, müsəlman gənc fiziki məhdudiyyətli olmasına baxmayaraq, imtahanlarda yüksək nəticə göstərib.

Ayətullah Sistani Seyfəddinin yüksək iradəsini, ali mətanətliliyini, cidd-cəhdlə göstərdiyi səylərini yüksək dəyərləndirib.

Ayətullah Sistani gəncin, fiziki məhdudiyyətli olmasına rəğmən, yüksək nəticələr göstərməsinə işarə edərək onun və əldə etdiyu uğurların hər kəs üçün bir nümunə olduğunu bildirib və vurğulayıb ki, güclü iradəli şəxsə uğur yolunda heç nə mane ola bilməz.

Ayətullah Sistani gənc şagird üçün dualar edib, bu yolda ona göstərdikləri dəstəyə görə gəncin ailəsini də təqdir edib edib.

captcha