IQNA

Sionist rəsmilər: "İran İsrailə hücum etdi"

5:25 - April 14, 2024
Xəbər sayı: 3495787
İQNA - Sionist mediası İsrail rəsmilərinə istinadən İranın İsrailə hücum etməsindən xəbər verib.

"İQNA", xəbər verir ki, sionist rejim televiziyası İsrail rəsmilərinə istinadən, İranın işğal olunmuş ərazilərə doğru onlarla pilotsuz uçan aparatla İsrailə hücum etdiyini elan edib.

İbrani dilində çıxan "Yediot Aharonot" qəzeti də onlarla pilotsuz təyyarənin İrandan İsrail (rejim) tərəfinə keçdiyini açıqlayıb.

Sionist mediası həmçinin "Hənzələ" haker qrupu tərəfindən sionist rejimin radarlarını sındırması barədə məlumat yayıb.

İran İslam Cümhuriyyətinin xəbər kanalı da yazıb: "İslam İnqilabı Keşikçiləri Korpusunun işğal olunmuş ərazilərdəki hədəflərə qarşı irimiqyaslı pilotsuz təyyarə əməliyyatı başlayıb.

4210189

captcha