İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində bu ölkənin müxtəlif əyalətlərindən olan 16 qrupun iştirakı ilə keçirilən xanımların Qurani-Kərim yarışlarının qrup turnirinin üçüncü turu İmam Hüseynin (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin Babul şöbəsi qrupunun qalibliyi ilə başa çatdı.
Bu yarışlar Həzrət İmam Hüseynin (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin və İraqın "BƏSAİR" Quran müəssisəsinin həmkarlığı ilə edilmişdi.
Xanımların qrup turniri Qurani-Kərim yarışları təcvid, təfsir, Quran elmləri, tilavət, Quranın hifzi və fiqh mövzuları üzrə keçirildi.
BƏSAİR Quran müəssisəsinin məsulunun verdiyi açıqlamaya görə, bu yarışlarda Babul şəhərinin Darul-Quran qrupu, Bəsrə şəhərinin "Quran Birliyi" qrupu və Bağdadın "Seyid Şibli məzarı" komandası birinci, ikinci və üçüncü yerləri bölüşdürüblər.
Yarışların yekun mərasimində bütün iştirakçılar təqdir edilib, 110 nəfər qari mükfatlandırılıb və İmam Hüseynin (ə) hərəminin bayrağı İmam Hüseynin (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin Babul şöbəsi qrupuna hədiyyə edilib.
http://iqna.ir/fa/news/3722791