İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Milli Elmlər Akademiyasının elmi heyətinin rəisi Ayətullah Seyid Mustafa Mühəqqiq Damad İQNA-nın "fəxri müxbiri" oldu.
Bu gün (16 Dekabr 2018-ci il) İmam Həsən Əskərinin (ə) mübarək mövlud günündə Höccətul-İslam vəl-müslimin Mustafa Brucerdinin 11 il müddətində yazdığı və 10 cilddə çap və nəşt etdirdiyi "ŞƏMS" təfsirinin təqdimat mərasimi keçirildi.
İQNA-nın konfrans zalında keçirilən mərasimdə İran İslam Respublikasının Milli Elmlər Akademiyasının elmi heyətinin rəisi Ayətullah Seyid Mustafa Mühəqqiq Damad da iştirak edib.
Mərasimdə Ayətullah Seyid Mustafa Mühəqqiq Damada İQNA-nın "fəxri müxbiri" adı və üzvlük kartı verilib.
Siyasi, elmi, mədəni və dini şəxsiyyətlərin iştirakı ilə keçirilən mərasimdə ŞƏMS təfsirinin müəllifi Höccətul-İslam vəl-müslimin Mustafa Brucerdiyə də İQNA-nın fəxri üzvi adı verilib.