İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyanın Bayru-Kanu universitetində ilk dəfə universitet və institut ustadları üçün Quranın Elmi Ecazkarlığı kursu keçirilib.
Qurani-Kərimin elmi ecazkarlığı kursu İslam Dünyası Birliyinin nəzdində fəaliyyət göstərən "Ümumdünya Quran və Sünnət Heyəti"nin təşəbbüsü və Nigeriya Quran araşdırmları mərkəzinin həmkarlığı ilə təşkil edilib.
187 universitet müəlliminin iştirak etdiyi iki günlük bu kurslarda Ərəb və İngilis dilində 15 elmi məqalənin təqdimatı əsasında çıxışlar olub. Çıxışlarda Quran və sünnənin elmi ecazkarlıqları mövzusundə elmi tədqiqat üslubları açıqlanıb. Həmçinin Quranın və sünnənin elmi ecazkarlıqlarını araşdırmaq üçün tədqiqatçılar qrupu yaradılıb.
http://iqna.ir/fa/news/3832232