İQNA – Qüdsün pravoslav xristianlarının yepiskopu sionistlərin Məscidül-Əqsaya qarşı hərəkətlərini pisləyərək bildirib ki, İslam məbədlərinə qarşı hər bir təhdid, kilsələrə və xristianların müqəddəs məkanlarına qarşı təhdid deməkdir.
İQNA – İraq Mədəniyyət Nazirliyinin sözçüsünün açıqlamasına görə, bu ölkə ilk dəfə olaraq İslam ölkələrinin mədəniyyət nazirlərinə ev sahibliyi edəcək.
İQNA – Misirin “Şeyxül-Qurra”sı Əhməd Əhməd Nüeynə ölkənin istedad axtarışı üzrə televiziya proqramı “Dövlət Tilavəti”ndə iştirak edib və Qurani-Kərimdən ayələr tilavət edib.
İQNA – Misirli qari Məhəmməd əl-Məllah Pakistanda keçirilən məclisdə Qurani-Kərim tilavəti zamanı baş verən hadisələrə münasibət bildirib və vurğulayıb: “Qari tilavət zamanı məclisdə baş verən bütün hadisələrə diqqət yetirə bilməz”.
İQNA – Misirin Menufiya vilayətində Ramazan ayında, faciə nəticəsində həyatını itirmiş üç azyaşlı misirli bacının xatirəsinə Qurani-Kərimin hifzi və tilavəti üzrə müsabiqə keçiriləcək.
İQNA – İraq Həşduş-Şəbi təşkilatı yaydığı bəyanatda Bağdad Beynəlxalq Hava Limanına səfər edən sərnişinləri xəbərdar edib ki, müqavimət komandirlərinin şəhadətinin ildönümünü anmaq məqsədilə (Bağdad hava limanı yolu) keçiriləcək illik milyonluq yürüş səbəbindən hava limanına aparan yollarda ciddi tıxac ehtimalı var.
İQNA – Belçika rəsmi olaraq Cənubi Afrika Respublikasının İsraili Qəzzada soyqırımı törətməkdə ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) qaldırdığı işə qoşuldu.
İQNA – Türkiyədə yerləşən bir yardım qurumu açıqlayıb ki, Qəzzanın ən böyük müalicə mərkəzi olan Əş-Şifa xəstəxanasının şərq bölümü bərpa işlərinin tamamlanmasından sonra yenidən istifadəyə verilib.
İQNA – Avstriya polisi bu ölkədə bir məscidə silahlı hücum edildiyini və hücumun arxasında mümkün radikal motivin olub-olmamasını araşdırdıqlarını açıqlayıb.
İQNA – Hindistanda artmaqda olan İslamofobiya dalğası və onun birbaşa müsəlman icmasına təsiri fonunda, hakimiyyətin bu icmaya qarşı ayrı-seçkilik tədbirləri getdikcə artır və dini azlıqların insan haqları və azadlıqları ilə bağlı ciddi narahatlıqlar doğurur.
İQNA –Müqəddəs Rəcəb ayının gəlişi ilə Qədir (Tənin) xor qrupunun "Rəcəb ayının duası" adlı son əsəri hazırlandı və təqdim edildi. Bu əsər mərhum Seyid Əbül-Qasim Musəvi Qəhharın dua oxuması üslubunda hazırlanmışdır.
İQNA – Ümumdünya Müsəlman Alimləri Birliyi Stokholm məscidinə hücumu və Qurani-Kərimə qarşı hörmətsizliyi pisləyərək, müsəlmanların müqəddəs məkanlarına hücumların dayandırılması üçün tədbir görülməsini tələb edib.