IQNA

Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında (1)

Misirin tanınmış Alimi: Təkfirçiliyin kökünü kəsməyin yolu İslam alimlərinin birliyidir

8:37 - November 24, 2014
Xəbər sayı: 2610944
Dini-Elmi Hövzələr qrupu: İran İslam Respublikasının müqəddəs Qum şəhərində şiələrin böyük təqlid mərcəsi olan Ayətullah Məkarim Şirazinin təşkilatçılığı ilə "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Misirin nüfuzlu və tanınmış əhl-sünnə alimi Tacuddin Hilali dünən, 23 noyabr, "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda beynəlxalq konfransının açılış mərasimində İQNA ilə müsahibəsində Həzrət Ayətullah Məkarim Şirazinin bu təşəbbüsünü müsbət qiymətləndirdi və müsəlmanların artıq təkfirçi terrorist qruplaşmların əsl üzünü tanıdıqlarına işarə edirək dedi: "Hamımız təkfirçi cərəyanların qarşısında müqavimət göstərməliyik ki, onun kökünü kəsə bilək".
O dedi: "Ekstremist və təkfirçi cərəyanlar məzhəb savaşı bəhanəsi və "La İlahə İlləllah" bayrağı ilə bütün İslami dəyərləri ayaq altına atdılar. Müsəlman olan qadın, uşaq və kişiləri qətliam etdilər".
Hilali vurğuladı: "Biz bu konfransda iştirakımızla elan edirik ki, bütün gücümüzlə "ekstremist və təkfirçi cərəyanlar"ın və "Allahu Əkbər" şüarı ilə İslami müqəddəslərlə döyüşənlərin qarşısında dayanacayıq və təkfirçiliyin kökünü kəsəcəyik".
Tacuddin Hilali sonda təkfirçilərin Suriya, İraq, Liviya, Yəmən və başqa İslami ölkələrin məhv edilməsi üçün meydana çıxdığına işarə edərək dedi: "Bizim övladrımızın həqiqi təhlükəsizliyə ehtiyacları var. İslam alimləri bir olmalı təkfirçiliyin qarşısında dayanmalı və təkfirçi təfəkkürünün kökünü kəsməlidirlər".
1476350

captcha