IQNA

Gürcüstanda müsəlman qadınlar icmasının internet saytı

12:08 - February 18, 2015
Xəbər sayı: 2865197
Tehran(İQNA)_ Gürcüstanda müsəlman qadınların həyatından bəhs edən yeni sayt fəaliyyətə başlayıb.

İslam.az-ın məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov məlumat verib.
Onun sözlərinə görə, www.aile.ge saytı GMİ-nin təşəbbüsü ilə bu günlərdə yaranan “Müsəlman Qadınlar İcması”nın internet saytıdır: "Adından məlum olduğu kimi bu sayt ailə mədəniyyəti, övlad tərbiyyəsi və qadın hüquqları ilə bağlı yazıları ilə seçiləcək", deyə R. İgidov qeyd edib.
R. İgidov bildirib ki, aile.ge saytı “Müsəlman Qadınlar İcması”nın rəhbərliyi ilə fəaliyyət göstərəcək: "Bu saytda Gürcüstanın müsəlman xanımlarının ölkədə və dünyada ailə zəminində yaşanan, qarşıya çıxan sosial problemləri və onların həlli yolları, zərif cinslə bağlı tədbir və seminarlar, evdarlıq məsləhətləri və, bir sözlə, qadın və ailə mövzusunda gənc yazarların yazıları yer alacaq".

islam.az

Teqlər: müsəlman ، Qadınlar ، internet ، saytı
captcha