IQNA

İraqın siyasi icmalçısı:

Şeyx Nəmrin edam hökmünün icrası Səud rejiminin süqutuna başlanğıc olacaq

23:52 - May 11, 2015
Xəbər sayı: 3288728
Beynəlxalq qrup: Ehsan əş-Şəmri – İraqın "siyasi təfəkkür mərkəzi"nin rəisi, Səudiyyə Ərəbistanının tanınmış şiə alimi və ruhanisi Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin haqqında çıxarılan edam hökmünü bu vəhabi rejiminin süqutunun başlanğıcı hesab etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "həmreyn nyuz" xəbər və informasiya protalına istinadən verdiyi xəbərə görə Ehsan əş-Şəmri – İraqın "siyasi təfəkkür mərkəzi"nin rəisi, Səudiyyə tanınmış şiə alimi və ruhanisi olan Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin haqqında çıxarılan edam hökmünü bu terrorist dövlətin ən böyük səhvi adlandırıb, ciddi mənfi nəticələrinin olacağına işarə edərək, "vəhabi rejimi" olan Ərəbistan dövlətinin daxilində əks siyasi hərəkətlərin başlanmasına əsas amil və Səudiyyə rejiminin süqutunun başlanğıcı hesab etdi.



Ehsan əş-Şəmri – İraqın "siyasi təfəkkür mərkəzi"nin rəisi, vurğuladı: tanınmış şiə alimi və ruhanisi olan Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin haqqında çıxarılan edam hökmünün icrası şahlığın daxilində şahzadələrin arasında olan çəkişmələri gücləndirəcək, müxalif şahzadələrin hökümün icrasına qarşı olması bu rejimin daxildən dağılmasına səbəb olacaqdır.



Ehsan əş-Şəmri sonda İranın bu edam məsələsinə ciddi reaksiya göstərəcəyinə də işarə edərək dedi: İran İslam respublikası çox yaşı bilir ki, Ərəbistan Yəmən böhranı və Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin haqqında çıxarılan edam hökmünün icrası ilə özünün regiondakı qüdrətini göstərmək istəyir. Çünki Ərəbistan rejimi İranın Qərb ilə nüvə məsələsində müzakirələrinin müsbət nəticəsindən çox narahatdır və qorxur.



Qeyd edək ki, Ərəbistanın şiələr yaşayan regionlarında, o cümlədən "əş-Şərqiyyə" məntəqəsinin "Əvamiyyə" şəhərində keçən şənbə günündən başlayaraq Şeyx Nimrin edam hökmünə etiraz olaraq xiyabanlarda etiraz aksiyaları keçirilir. Həmçinin Şeyx Nimr haqqında bu siyasi edam hökmünün çıxarılması daxili və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.



3286411

Teqlər: səudiyyə ، nimr ، edam ، vəhabilik
captcha