IQNA

Tvitter İŞİD-in hesablarını bağladı

1:28 - February 07, 2016
Xəbər sayı: 3480142
Tehran, 07.02.2016 – Tvitter sosial şəbəkəsinin müdirləri terroristlərə, o cümlədən İŞİD və havadarlarına məxsus olan minlərlə hesabı bağladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm” peyk TV kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Tvitter sosial şəbəkə şirkəti edan edib ki, terroristlərə, o cümlədən İŞİD və havadarlarına məxsus olan minlərlə hesab terroru təbliğ etdikləri və ya terrorla təhdid etdikləri üçün bağlanıb.

Tvitter sosial şəbəkə şirkəti açıqlamasında bildirib ki, 125 min hesabın bağlanılması terror məzmunlu paylaşımların qarşısını almaq üçün atılan ilk addımdır.

Hesabların bağlanılmasına isə 2015-ci ilin ortalarından başlanılıb. Tvitter açıqlamasında qeyd edib ki, bağlanılan hesablar "Terrora çağırış və ya terroru dəstəkləyən məzmunlu'' olması səbəbilə seçilib.

Qeyd edək ki, başda ABŞ hökuməti olmaqla bir çox ölkələrin hökuməti sosial şəbəkələri terror təşkilatlarının üzvlərinin toplanmasının qarşısını almaq üçün daha təsirli addım atmalarını tələb etmişdi.

Tvitter şirkəti elan edib ki, terroristlərin sosial şəbəkədə hərəkətlərini izləmək üçün xüsusi nəzarət qrupu vardır ki, bunun nəticəsində terror təbliği ilə məşğul olan hesablar vaxtında tanınır və bu da bu hesabların vaxtında bağlanmasına səbəb olur.

http://iqna.ir/fa/news/3473339


captcha