IQNA

Höccətul-İslam vəl-müslimin Dr. Rzayi İsfəhani:

Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır

11:10 - May 23, 2016
Xəbər sayı: 3480482
Tehran, 23.05.2016 - Höccətul-İslam Rzayi İsfəhani Quran-Kərimdə 320 ayənin təvil, təfsir, bətn və cəry baxımından Həzrət İmam Mehdi (ə.f) barəsində olduğunu vurğuladı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətul-İslam vəl-müslimin Dr. Rzayi İsfəhani – Mehr təfsirinin müəllifi, bu həftənin ilk günü Əllamə Təbatəbai adına Darul-Quran müəssisəsində keçirilən "Quran barədə yeni şübhələrə cavablar" dərsində vurğuladı: Təfisrçilərin dediklərinə əsasən Quran-Kərimdə 400-dək ayə təvil, təfsir, bətn və cəry baxımından Həzrət İmam Mehdi Sahib Zamanın (ə.f) barəsində nazil olmuşdur.
O əlavə etdi: Mənim bu barədə öz araşdırmalarıma əsasən, ayələrin barəsində nəql olunan rəvayətləri sayaraq bu qənaətə gəlmişəm ki, Quran-Kərimdə 320 ayənin şəni-nüzulu və təvili İmam Mehdi (ə.f) barəsindədir.
Höccətul-İslam vəl-müslimin Dr. Rzayi İsfəhani dedi: Quran-Kərimdə bəzi ayələr vardır ki, o ayələrin hələ də təfsiri realda öz yerini tutmamış və həqiqətə çevirilməmişdir. Məsələn bu ayələrdə deyilir ki, İslam dini bütün dinlərə qələbə çalacaq, yer üzünün dini olacaqdır, insanlar təkcə Allaha ibadət edəcəkdir, yer üzündə tam təhlükəsizlik təmin olunacaqdır və s... Amma bütün bu vədələr hələ də tam şəkildə həyata keçməmişdir və hədislərə əsasən İmam Zamanın (ə.f) gəlişi və zühuru ilə öz həqiqi təfsirini tapacaqdır.
O dedi: Bundan əlavə "bəqiyyətullahi xəyrul-ləkum" kimi ayələr də Həzrət İmam Mehdiyə (ə.f) tətbiq olunur ki, Allahın yer üzündə axir-zaman üçün zəxirəsidir. Həmçinin bəzi rəvayətlərdə Quran-Kərimin bəzi "müqəttəə" hərifləri də İmam Zamana (ə.f) aid edilmişdir.
Höccətul-İslam vəl-müslimin Dr. Rzayi İsfəhani bu dəsrin başqa saatlarında Dr. Sühanın Quran-Kərim barədə bəzi şübhələrinə cavab verib və Nəsx məsələsi barədə şübhələrə aydınlıq gətirib.


captcha