IQNA

Türkiyənin 10 qədimi Quran nüsxəsi İranda çap olunacaq

13:29 - February 02, 2017
Xəbər sayı: 3481310
Türkiyə kitabxanalarında saxlanılan 10 qədim və xəttatlıq nümunəsinə görə gözəl olan Quran İranda çap olunacaq.

Türkiyədə 10 qədimi Quran İranda çap olunacaq

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, bunu İranın "Şukuhi Fondunun” elmi şurasının üzvi Yusif Beygbabapur deyib.

O deyib ki, Türkiyə kitabxanalarından 100 qədim Quranın dicital kopyalarını almışıq. "Biz bu Quranlardan 10 ədədini xəttatlıq və təzhib (bəzəyinə) görə seçmişik və onları çap edəcəyik”.

Y.Beygbabapur deyib ki, bu Quranlar yeddi, səkkiz, doqquz və onuncu əsrlərə aiddir. "Quranlar Türkiyəli və İranlı xəttatların əl işidir. İlk dəfə olaraq biz bu Quranları çap etmək istəyirik”

Teqlər: türkiyə ، quran ، İslam ، iran ، çap
captcha