IQNA

Mumbainin İran məscidi: Fars memarlığının yadigari – Foto

0:40 - August 27, 2018
Xəbər sayı: 3483743
Hindistanın Mumbai şəhərinin cənubunda yerləşən Dangri adlanan rayonundakı "Monqol" və "İranlılar" məscidi adlanan ibadət məkanı qədim İran və Fars memarlığının qədim nümunələrindən biridir.

 

 

Mumbainin İran məscidi: Fars memarlığının yadigari – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Mumbai şəhərinin cənubunda yerləşən Dangri adlanan rayonundakı "Monqol" və "İranlılar" məscidi adlanan ibadət məkanı qədim İran və Fars memarlığının qədim nümunələrindən biridir.

İran İslam Respublikasının Yeni Dehlidəki Mədəniyyət Əlaqələri İdarəsi bu barədə yaydığı məlumatda deyilir: Bu məscidi ziyarət edənlərin bələdçisi və "online muzeylər tədqiqatçısı" Lubina Rəfiq deyir ki, camaat arasında bu məscidə "monqol məscidi" deyilməsi yanlış fikirdir. Çünki bu məscidi Hacı Məhəmməd Hüseyn Şirazi adlı iranlı bir tacir tikdirib. Qədim İran tarixinin mədəniyyət və incəsənət nümunələrindən biri olan bu məscid 1860-cı ildə bu şəhərdə yaşayan iranlıların dini ayinlərini yerinə yetirmək üçün tikilib.

Həmin illərdə quraqlıq və kasıblıqdan müxtəlif ölkələrə köçən iranlılardan bir dəstəsi də Mumbainin "Bəndi" adlanan rayonuna köçürlər. Buraya köçən iranlılar on iki imamçı şiələr idilər. Məsciddə həmin taricirin və iranlıların təşəbbüsü və köməyi ilə tikilir.

Bu məscid o zamankı İran məscidləri kimi günbəzsiz və iki minarəlidir. Məscidin bəzədilməsi də qədim Fars incəsənəti və memarlığı üsulu ilə həyata keçirilib. Məscidin divarlarında qədim İran şerləri mövcuddur. Məscidin piltə və döşənəcəkləri də İrandan gətirilmişdir. Məscidin divar və minarələrində İslami hüsnxətt nümunələri mövcuddur.

Bu məscid hazırda da şiələrin toplaşdığı bir məkandır. Məhərrəm ayında buraya 200 min şiə əzadarlığa gəlirlər.

http://iqna.ir/fa/news/3741483

مسجد ایرانی بمبئی؛ یادگار معماری پارسی+عکس

مسجد ایرانی بمبئی؛ یادگار معماری پارسی+عکس

مسجد ایرانی بمبئی؛ یادگار معماری پارسی+عکس

مسجد ایرانی بمبئی؛ یادگار معماری پارسی+عکس

 

 

 

 

 

 

 

captcha