IQNA

Hindistanda yazılmış Quran və İslam dastanları kitabı çapa hazırdır

8:39 - July 29, 2019
Xəbər sayı: 3485598
Hindistanlı müəllif tərəfindən İslam tarixi və Qurani-Kərimin dastanları əsasında yazılmış "İslamdan 365 dastan" kitabı çapa və nəşrə hazırdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanlı müəllif tərəfindən İslam tarixi və Qurani-Kərimin dastanları əsasında yazılmış "İslamdan 365 dastan" kitabı çapa və nəşrə hazırdır.

Bu kitabın müəllifi Ziya Səlamdır. O, qələmə aldığı bu kitabını Quran və Hədislərdən topladığı dastanlar əsasında yazmışdır.

Uşaqlar üçün nəzərdə tutulmuş bu kitabdakı dini dastanlar çox sadə və qısa yazılmışdır.

Kitabın qeyri-müsəlman müxatəblərinin də olacağı nəzərə alındığı üçün dastanların çoxu Həzrət İbrahim (ə), Musa (ə), İsa (ə) və Həzrət Məhəmmədin (s) həyatını ehtiva edir.

Müəllif peyğəmbərlərin həyatında baş vermiş hadisələri, onların həyat tərzini və sair mövzuları sadə dil ilə işıqlandırıb və çalışıb ki, uşaqlara İslam maarifinə söykənən doğru əməl və davranışı öyrətsin.

Qeyd edək ki, Ziya Salam hindistanlı yazardır. Onun indiyədək İslami mövzular barədə bir çox araşdırmaları və təlifləri çap və nəşr edilmişdir.

http://iqna.ir/fa/news/3830581

captcha