IQNA

Maldiv Adalarında vəhabilik sürətlə yayılır

23:37 - December 26, 2019
Xəbər sayı: 3486370
Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə Maldiv Adaları ölkəsində təkfirçi və terrorçu vəhabi-sələfi ideologiyası sürətlə yayılır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə Maldiv Adaları ölkəsində təkfirçi və terrorçu vəhabi-sələfi ideologiyası sürətlə yayılır.

Maldives Independent qəzetinin bu barədə yaydığı məlumata əsasən bundan öncə Maldivdə orta İslami baxışlar müsəlmanlar arasında yayqın olub. Amma vəhabiliyin Səudiyyə  Ərəbistanı tərəfindən bu ölkədə təbliğatından sonar təkfirçilk və radikallıq Maldiv müsəlmanları arasında geniş yayılmağa başlayıb.

Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanı 80-cı illərdən indiyədək dünyada vəhabiliyin yayılması üçün 100 milyard dollar pul xərcləyib.

Vəhabiliyin Maldiv adalarına yayılması isə bu ölkənin vətəndaşlarının Səudiyyənin Pakistan və Ərəbistanda dini təhsil almaları ilə başlayıb. Sonralar vəhabilik cərəyanı Riyaz ilə Male arasında müxtəlif əlaqələrin inkişafı ilə inkişaf edib.

Maldivdə vəhabiliyin yayılmasının amillərindən biri də bu ölkədə iqtisadi vəziyyətin ağır olması, cavanların işsizliyi və narkotikanın geniş yayılmasıdır.    

https://iqna.ir/fa/news/3866609

captcha