Az.shafaqna.com “muslim.uz”-a istinadən xəbər verir ki, 17 avqustda Özbəkistanda karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra ilk dəfə məsciddə camaat namazı qılınıb.
Özbəkistan Müsəlmanlar İdarəsindən bildiriblər ki, bütün müsəlmanlar sanitar-gigiyenik qaydalara tam məsuliyyətlə əməl ediblər: məscidə gələnlər maska və antiseptikdən istifadə ediblər, sosial məsafəyə riayət ediblər.
Bundan başqa, ölkədəki məscidlərin girişlərində xüsusi dezinfesiyaedici “dəhlizlər” quraşdırılıb.