IQNA

Hindistanda tarixi məscid dağıdıldı

10:12 - May 21, 2021
Xəbər sayı: 3489865
Qərib Nəvaz əl-Məruf məscidi bazar ertəsi günü dağıdılıb. Buldozerlər polis mühafizəsi altında müsəlman ibadətgahını söküb, məscidin dağıntıları isə yaxınlıqdakı çaya tökülüb.

Hindistanın Uttar-Pradeş ştatının rəhbərliyi məhkəmənin qərarına məhəl qoymayaraq tarixi məscidi söküb.

Qərib Nəvaz əl-Məruf məscidi bazar ertəsi günü dağıdılıb. Buldozerlər polis mühafizəsi altında müsəlman ibadətgahını söküb, məscidin dağıntıları isə yaxınlıqdakı çaya tökülüb.

Məmurlar söküntü zamanı məscidin lazımi sənədlərinin olmadığını iddia ediblər. Lakin məscid imamı Əbdül Mustafa deyib ki, ştat rəhbərliyi və məhkəməyə bütün müvafiq sənədləri təqdim edib.

Əbdül Mustafa qeyd edib ki, hər gün minlərlə insan ibadət etmək üçün bu məscidə gəlirdi.

captcha