IQNA

Livanlı uşaqlar üçün Quran hifzi üzrə kurs keçirilib

20:19 - January 03, 2022
Xəbər sayı: 3491498
Livanın cənubundakı Nəbatiyyə vilayətinin İrşad İdarəsinin Qurani-Kərim cəmiyyəti uşaq və yeniyetmələr üçün Quran hifzi kursu təşkil edib.

"İQNA", Livandan xəbər verir ki, Yeni ilin ilk günündə Livanın Nəbatiyyə əyalətinin Əl-Fuqa bölgəsinin İrşad İdarəsinin Qurani-Kərim Cəmiyyəti, 9-dan 13-ə qədər olan uşaq və yeniyetmələr üçün "Nurul-Quran" adlı Quran hifzi kursu təşkil edib.

Bu kurs, Nəbatiyyə şəhərinin ictimai parkında uşaqların iştirakı ilə keçirilir. Bu kurs, bütün Qurani-Kərimin əzbərlənməsinə qədər davam edəcək.

Bu Quran kursu yeni nəsli Uca Allaha və vəhy kəlamına yaxınlaşdırmaq məqsədi daşıyır. Onun digər hədəfləri Quran yolunda hərəkət etmək və onun ayələri üzərində düşünmək, həmçinin kiçik yaşlardan Quran ayələrini doğru tələffüz etməkdən ibarətdir.

4025406

captcha