IQNA

"Quran və Peyğəmbərin (s) şəxsiyyəti" kitabı Qazaxıstan Kitabxanasında

9:31 - April 06, 2022
Xəbər sayı: 3492019
Rusiyanın İbn Sina Fondu tərəfindən “Quran və İslam Peyğəmbərinin (s) şəxsiyyəti rus və klassik poeziyasında" kitabı Qazaxıstan Respublikasının Milli Kitabxanasına hədiyyə edilib.

"İQNA", xəbər verir ki, Rusiya İslam Araşdırmaları Fondu (İbn Sina) Qazaxıstanın Almatı şəhərində keçirilən mərasimdə İslam mədəniyyəti və İrana aid nəşrlərinin 150-yə yaxın nüsxəsini bu kitabxanaya hədiyyə edib. Bu mərasimdə İbn Sina Fondunun elmi işlər üzrə vitse-prezidenti Andrey Lukaşev videokonfransla fondun yeni işlərini tanıtdırıb.

Quran və hədis, İslam tarixi, humanitar elmlər, Fəlsəfə, irfan və ilahiyyat, müasir İran ədəbiyyatı, uşaq və yeniyetmələr üzrə altı sahədə bu əsərlər bu kitabxanaya hədiyyə edilib. Başlıqlar arasında "Rus və klassik poeziyada Quran və İslam peyğəmbərinin şəxsiyyəti", 18 və 19-cu əsr rus dövri nəşrlərində İslam şəhərləri" (İslam şəhərlərindən rusiyalı səyahətçilərin xatirələri), "İslam ensiklopediyası Keçmiş Rusiya İmperiyası və İslam Dünyasında Musiqi" kitabları var.

Qazaxıstanın Almatıdakı Milli Kitabxanası Orta Asiyada beş milyondan çox kitab, o cümlədən fars dilində çoxlu əlyazmaları olan yeganə kitabxanalardan biridir.

4046931

captcha