IQNA

Quranla tanışlıq problemlərlə mübarizə aparmağın ən yaxşı yoludur

12:26 - April 20, 2022
Xəbər sayı: 3492098
İranın Ədliyyə sədri Quranla üns məclisində deyib: "Qurani-Kərimin yüksək maarifini cəmiyyətin müxtəlif təbəqələrdən və yaşlardan olan üzvlərinə çatdırmaq və izah etmək üçün məmurlarımız, şəxsiyyətlərimiz və Quranla tanış olan cəmiyyətimizin üzərinə ciddi vəzifə və məsuliyyət düşür."

Quranla tanışlıq problemlərlə mübarizə aparmağın ən yaxşı yoludur"İQNA", xəbər verir ki, Ədliyyə İdarəsinin rəhbəri Höccətül-İslam vəl-müslimin Qulam-Hüseyn Möhsini-Ejei aprelin 20-də gecə saatlarında Quran üzrə bir qrup ustad, fəallar və müdirlərini qəbul edib.

İranın beynəlxalq qarisi Mehdi Qulamnejadın qiraəti ilə bu maarifləndirici mərasim başlayıb. Bu proqramın aparıcısı Behzad Əhmədi olub.

Sonra İranın digər beynəlxalq qarisi Əmin Puya qiraət edib.

Mərasimdə Qurani-Kərimin 7 yaşlı hafizi Zeynəb Bojmehrani də verilən suallara əsasən, hifzdən Quran oxuyub.

Ədliyyə sədri Quranın zəlalət üçün bir çıraq və möminlərin ruhi xəstəliklərinə şəfa olduğunu bildirərək deyib: "Quranın davamçıları və ona itaət edənlər olaraq davranışlarımızda, danışıqlarımızda və hərəkətlərimizdə Quranın rəngi və qoxusu açıq-aydın olmalıdır. Əmanətdar olmağımızla, ədalətimizlə, insanlara qarşı şəfqət və mehriban davranmağımızla Quranla ünsiyyətimizin olduğunu və Quran və Əhli-beyt (ə) məktəbinin tələbələri olduğumuzu göstərməliyik.

O, qeyd edib ki, Qurani-Kərimin yüksək maarifini cəmiyyətin müxtəlif təbəqələrdən və yaşlardan olan üzvlərinə çatdırmaq və izah etmək üçün məmurlarımız, şəxsiyyətlərimiz və Quranla tanış olan cəmiyyətimizin üzərinə ciddi vəzifə və məsuliyyət düşür. Ümid olunur ki, Quran təlimlərini izah etmək üçün gözəl üsullardan istifadə edərək, İslam cəmiyyətimizdə və bütün kainatda bu çırağı getdikcə daha çox işıqlandıra biləcəklər.

4050677

captcha