IQNA

Pakistan xalqı Hindistan hakimiyyətinin Peyğəmbəri (s) təhqir etməsini pisləyib

9:19 - June 12, 2022
Xəbər sayı: 3492384
Yüzlərlə pakistanlı müsəlman iyunun 10-da paytaxt İslamabadda Hindistanın hakim partiyasının rəsmisinin Həzrəti Məhəmməd (s) haqqında söylədiyi təhqiramiz ifadələrə etiraz olaraq nümayiş keçirib.

"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, pakistanlı nümayişçilər əllərində pankartlar tutaraq Hindistan əleyhinə şüarlar səsləndiriblər.

Bundan əvvəl Pakistanın baş naziri Şahbaz Şərif Hindistanda hakim partiya rəsmilərinin təhqiramiz ifadələrini pisləyib və beynəlxalq ictimaiyyəti Yeni Dehlini sərt şəkildə cəzalandırmağa çağırıb.

Daha sonra Hindistan bu bəyanatların hökumətin fikirlərini əks etdirmədiyini bildirib və müvafiq qurumların sui-istifadə edənlərə qarşı sərt tədbirlər gördüyünü vurğulayıb.

4063103

captcha