IQNA

Əlcəzairli virtual fəal məscidi təhqir etməkdə günahlandırılıb

12:57 - April 26, 2023
Xəbər sayı: 3494081
Əlcəzairdə məscidə girərkən rep musiqisi ifa edən gənc virtual fəalın hərəkəti bu ölkədə virtual istifadəçilərin geniş mənfi reaksiyası ilə qarşılaşıb.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, əlcəzairli gənc virtual məzmun prodüseri Mərvan Əl-Batninin adı məscidin içindən çəkilmiş klipin yayılmasından sonra Əlcəzairdə sosial mediada hallanıb.

Tik Tok səhifəsində yayımladığı bu klipdə Əl-Batni məscidə girərək Quran oxumağa başlayıb. Quran tilavəti zamanı bu klipin fonunda qərbli reperin səsi eşidilirdi. Sosial media istifadəçilərinin məscidə uyğun olmadığını düşündüyü bu klipdə istifadə edilən musiqi tənqid olunub. Bu video Tik Tokda trend oldu.

Mərvan Əl-Batninin bu hərəkəti tənqid dalğası ilə qarşılandı. Bu ölkənin virtual məkanının istifadəçiləri Əlcəzair rəsmilərindən bu hadisə ilə bağlı araşdırma başlatmağı və onun bu hərəkətinə görə cavab verməsini istəyiblər.

Başqa bir istifadəçi yazıb: "Mərvan Əl-Batninin klipinə baxdıqdan sonra getdikcə daha çox əmin oldum ki, bu gün dindarlıq dəb və ya şöhrət qazanma vasitəsinə çevrilib".

4136583

captcha