Şərab və qumar bir çox cismi, ruhi və sosial zərərlərə səbəb olsa da, Quran bu ikisinin təsirləri haqqında belə buyurur:
"Bunlar sizin aranızda kin salacaq və sizi Allahı zikr etməkdən və namaz qılmaqdan saxlayar" (Maidə, 91(.
Bu ayədə şərabın malik olduğu onlarla təhlükə və zərərdən onun ictimai-mənəvi zərərlərinə işarə olunur. Kin-küdurət kimi ictimai zərər və Allahı zikr etmək və namazdan qəflət etmək kimi mənəvi zərər qeyd olunur.