IQNA

Namaz haqqında maraqlı məqamlar / 12

Namaza əməli dəvət

11:32 - August 20, 2023
Xəbər sayı: 3494628
TEHRAN (IQNA) - Yaxşılığa əmr etmək və haqqa dəvət etmək hər bir müsəlmanın vəzifələrindəndir. Namaz isə ən xeyirli və yaxşı əməldir.

Bu dəvət həm dillə, həm də əməllə edilir. Əgər görkəmli şəxsiyyətlər birinci cərgədə durursa, insanlar məscidə gedərkən gözəl paltar geyinirsə və xoş iyli ətirdən istifadə edirsə, namaz sadə və tez qılınırsa, bu, özlüyündə namazı bərpa etmək üçün əməli təşviqdir.

  Əgər İbrahim (ə) və İsmayıl (ə) kimi şəxsiyyətlər Allah evini namaz qılanlar üçün pak edirlərsə, bilməliyik ki, namazı bərpa etməkdə mühüm şəxsiyyətlər məsuldurlar. Bu, insanların namaza dəvət olunmasında çox təsirlidir.

Ələvi hökumətində namaz

  Həzrət Əli (ə) Malik Əştərə buyurdu: “Ən yaxşı vaxtını namaz üçün qərar ver.

  Həmçinin bil ki, bütün əməllərinin qiyməti namaza bağlıdır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha