IQNA

Namaz haqqında maraqlı məqamlar / 13

Namaz bütün ibadətlərin qəbul olunmasının açarıdır

11:45 - September 08, 2023
Xəbər sayı: 3494714
TEHRAN (IQNA) – Namazın əhəmiyyəti ilə bağlı hədislərdə bunu oxumağımız kifayətdir: "Əgər namaz qəbul olunarsa, digər ibadətlər də qəbul olunar, lakin namaz qəbul olunmazsa, digər əməllər də qəbul olmaz".

Qiyamət günü cənnət əhli ilə cəhənnəm əhli arasında çoxlu söhbətlər olacaq ki, onlardan bəziləri Quranda qeyd olunub. Həmin səhnələrin birində cənnət əhli cinayətkarlardan soruşurlar: Sizi cəhənnəmə getməyinizə nə səbəb oldu? Dörd amil sayırlar ki, birincisi namaza qılmamaqdır: “Biz namaz qılanlardan deyildik” (Müddəssir, 43).

Namazın əhəmiyyəti ilə bağlı hədislərdə bunu oxumağımız kifayətdir: "Əgər namaz qəbul olunarsa, digər ibadətlər də qəbul olunar, lakin namaz qəbul olunmazsa, digər əməllər də qəbul olmaz".

  Digər ibadətlərin qəbul olmasının namazın qəbul olmasına bağlı olması onun əhəmiyyətini göstərir.

  Məsələn, polis sizdən sürücülük vəsiqəsi istəsə, başqa etibarlı şəxsiyyət vəsiqəsi təqdim etsəniz də qəbul edilmir. Orada sürücülük vəsiqəsindən başqa heç bir vəsiqənin təsiri olmaz.

  Qiyamətdə də Sirat körpüsündən keçməyin şərti namazı bərpa etməkdir. Onsuz heç bir ibadət qəbul olunmur.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür
captcha