IQNA

Qanadakı tarixi məscidin dağılmasının səbəbi müəyyənləşib

8:48 - September 27, 2023
Xəbər sayı: 3494797
AKKRA (IQNA) – Qana Qədim Əsərlər Nazirliyinin rəsmiləri ölkənin şimal-qərbindəki Bole bölgəsindəki tarixi məscidin leysan yağışları və bu məscidin dirəklərinə termitlərin hücumu səbəbindən dağıldığını açıqlayıb.

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, Qana Qədim Əsərlər Nazirliyinin rəsmilərinin bildirdiyinə görə, illərdir baxımsızlıqdan və məscidin taxta dirəkləri və bünövrəsinə termitlərin hücumundan və şiddətli yağışlardan sonra Qananın şimal-qərbindəki Bole bölgəsində tarixi məscidin torpaqdan olan damı uçub.

Yerli media bu məscidin damının və bu ərazidəki körpülərdən birinin sentyabr ayının 24-ü bazar günü uçduğunu bildirib.

Bu məscid 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində torpaqdan istifadə etməklə tikilmişdir.

Qana rəsmilərinin sözlərinə görə, zədələnmiş məscid onun memarlıq üslubunu və tikinti üsulunu bilən yerli mütəxəssislərin köməyi ilə bərpa oluna bilər. Yerli sakinlərə yeni məscid tikmək üçün məscidin qalıqlarını sökməməyi tövsiyə edilib.

4171301

captcha