IQNA

Quran bilgiləri / 13

Qurandan yerin dairəvi olması haqqında ayələr

8:10 - November 19, 2023
Xəbər sayı: 3495009
TEHRAN (İQNA) – Elm adamları əvvəlcə dünyanın düz olduğunu düşünürdülər. Sonralar dünyanın dairəvi olması fikrini ortaya atdılar. Halbuki Qurani-Kərimin ayələri buna 14 əsr əvvəl işarə etmişdir.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, bu sayt Quranın dünyanın dairəvi olması və öz ətrafında fırlanması möcüzəsi haqqında məqalə dərc edib. Bununla bağlı çoxlu ayələrə istinad edilməklə izahlar verilmişdir.

Çoxlu araşdırmalardan sonra astronomlar Yerin dairəvi olması qənaətinə gəliblər. Halbuki Qurani-Kərim bu həqiqəti 1400 ildən çox əvvəl bəyan etmişdir. Bu məsələ Qurani-Kərimdə müxtəlif yollarla dəfələrlə vurğulanmışdır. Məsələn, “Ğaşiyə” surəsinin 20-ci ayəsi: “... onlar yerin necə yayıldığına baxmırlarmı?”

Yasin surəsinin 40-cı ayəsi: “Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər”. Bu, gün günəşin işığı ilə başlayır, işıq sönəndən sonra gecə gəlir deyənlərə cavab idi. Qurani-Kərimdə deyilir ki, dünya dairəvi olduğundan gecə ilə gündüz eyni vaxtda mövcuddur, dünyanın bir yerində gecə olduğu halda, o biri yerində gündüzdür.

Dünyanın dairəvi olduğuna dəlalət edən digər ayə isə “Zumər” surəsinin 5-ci ayəsidir: "(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O, günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır!".

Ayədə “təkvir” kəlməsi bir şeyi büküb dairəyə çevirmək mənasındadır. Bu ayənin təfsiri ilə bağlı İbn Cərir Təbəri deyir ki, Allah gündüzü gecə ilə, gecəni gündüzlə örtür və buna görə də gecə və gündüz dövrələrlə və bir-birinin ardınca gəlir.

captcha