IQNA

Misirin 31-ci Beynəlxalq Quran Yarışmasının təfərrüatları açıqlanıb

10:37 - January 02, 2024
Xəbər sayı: 3495228
İQNA – Misir Vəqflər Nazirliyi 31-ci beynəlxalq Quran müsabiqəsinin təfərrüatlarını açıqlayıb.

"İQNA", "Əl-Usbu" saytına istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyi bu il 31-ci Beynəlxalq Hifz, Qiraət, Təfsir və Tərcümə müsabiqəsinin keçiriləcəyini açıqlayıb.

Nazirlikdən bildirilib ki, müsabiqə Misir Vəqflər Nazirliyinin Quranın xidmətində rolu çərçivəsində keçiriləcək.

Müsabiqə altı kateqoriya üzrə keçiriləcək. Onlar aşağıdakılardan ibarətdir:

1-Həfs və Əsəm rəvayətinə əsasən, Quranın qiraəti və təfsiri. Məscid imamları, müəllimlər və Quran müəllimləri bu kateqoriyada iştirak edə bilməyəcəklər.

2- Ərəb dilini bilməyənlər, 30 yaşdan aşağı olanlar üçün Həfs və Əsəm rəvayətinə əsasən, Quran tilavəti və təfsiri.

3- Gənclər üçün Quranın Həfs və Əsəm və ya Nafii və Vərş rəvayətinə əsasən, əzbərlənməsi 12 yaşdan aşağı olanlar üçündür.

4- Camaat imamları, natiqlər və mühazirəçilər üçün Həfs və Əsəm və ya Nafii və Vərş rəvayətinə əsasən, Quranın əzbərlənməsi təvcid, ləhn və təfsirlə müşayiət olunur. Bu, 35 yaşdan aşağı olanlar üçündür.

5- Əlillər üçün Həfs və Əsəm və ya Nafii və Vərş rəvayətində Quranın əzbərlənməsi.

6- Quran ailələri üçün Həfs və Əsəm və ya Nafii və Vərş rəvayətinə əsasən, Quranın əzbərlənməsi.

7- Fakültə üzvləri və universitet məzunları üçün Quran mənalarının tərcüməsi.

Müsabiqənin mükafat məbləği 10 milyon Misir funtu olacaq.

4190955

captcha