IQNA

Əl-Əzhərin 2023-cü ildə Quran fəaliyyətinin hesabatı

18:50 - January 03, 2024
Xəbər sayı: 3495236
İQNA - Əl-Əzhər 2023-cü ildə Quran fəaliyyəti ilə bağlı hesabat dərc edib.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, bu mərkəz ölkənin müxtəlif əyalətlərində uşaqlar üçün 1000-dən çox Quran kursu açıb. O, həmçinin 11 min 823-dən çox uzaqdan təhsil kursu və 21 min 740 həftəlik Quran hifzi və qiraəti kursu təşkil edib.

Quran kitablarının nəşri, Quran yarışlarının təşkili, Quran forumlarının və konfranslarının təşkili mərkəzin ötən il Quranla bağlı digər mühüm fəaliyyətlərindən idi.

Bundan əlavə, “Əl Əzhər”ə bağlı Quran mərkəzlərində 164 mindən çox müəllim 5-13 yaş arası uşaqlara Qurani-Kərim öyrədib. Böyüklər üçün Quran mərkəzlərində 27 mindən çox müəllim Quran təcvidi və qiraəti təlimi keçib.

Əl-Əzhərin 2023-cü ildəki ən mühüm Quran fəaliyyətlərinə qadınlar, uşaqlar və qocalar üçün uzaqdan Quran təhsili proqramları daxildir.

Həmçinin Quran elmləri və hədis sahələrində də təlim proqramları təşkil etmişdir.

Bundan əlavə, Əl-Əzhər Fələstin davasına dəstək üçün müxtəlif görüşlər və forumlar təşkil edib. Bu görüşlərin ən mühümləri arasında Qüdsün İslamdakı yeri və müsəlmanların bugünkü böhranlar qarşısındakı vəzifəsi qeyd edilə bilər.

4191435

 

captcha