İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadla bu yazıda müqəddəs Qurani-Kərimdə qeyd edilən peyğəmbər möcüzələrini təqdim edir:
- Bütpərəstlər hz.İbrahim (ə) onların bütlərini sındırdığı üçün o Həzrəti (ə) oda atdılar. Lakin Allah oda əmr etdi: “Ey od, İbrahimə soyuq və zərərsiz ol!” (Ənbiya surəsinin 69-cu ayəsi);
- Saleh peyğəmbər (ə) Səmud qövmünün möcüzə istəyinə cavab olaraq ilahi möcüzə ilə dağdan onlara dəvə gətirdi və həmin dəvəni kəsməməyi onlara tapşırdı, lakin səmudlular buna məhəl qoymayaraq dəvəni kəsdirlə və nəticədə də onlar ilahi əzaba düçar olaraq məhv oldular. (Şüəra surəsinin 141-158-ci ayələri);
- Görmə qabiliyyətini itirmiş hz.Yəqub (ə) oğlu hz.Yusifin (ə) köynəyini gözlərinə sürtərək yenidən görməyə başladı (Yusif surəsinin 92-96-cı ayələri);
- Hz.Musanın (ə) yerə atdığı əsas ilana çevrilir (Ta-ha surəsinin 17-21-ci ayələri).