IQNA

Qahirədə Məmlüklər dövrünə aid tarixi Quran sərgilənib

11:38 - January 29, 2024
Xəbər sayı: 3495381
İQNA - Qahirənin Əl-Əzhər Universitetində Məmlüklər dövrünə aid Qurani-Kərimin tarixi nüsxəsi sərgilənib.

"İQNA", "Əl-Ehram" saytına istinadən xəbər verir ki, bu nüsxənin təmir və bərpası araşdırıldıqdan sonra onun Məmlük dövrünə aid olduğu müəyyən edilib.

Əl-Əzhər kitabxanasının Əlyazmaların bərpası şöbəsinin müdir müavini Mahmud Səidin dediyinə görə, bu əlyazmanın birinci səhifəsində bu müshəfin hicri 866-cı ildə yazıldığı qeyd olunub.

Mahmud Səid bildirib ki, əlyazma Əl-Əzhərin əlyazma xəzinəsində qorunub saxlanılır və bərpa edildikdən sonra sərgiyə çıxarılıb.

O, həmçinin bu nüsxənin yazılmasında istifadə olunan kağız və mürəkkəb növlərinin müəyyən edilməsi üçün müxtəlif texnologiyalardan istifadə edildiyini və araşdırmaların nəticələrinin təhlilindən sonra bu nüsxədə istifadə olunan kağızın Misir kağızlarından hazırlandığının müəyyən edildiyini bildirib.

Əl-Əzhər Kitabxanasının Əlyazmaların Bərpası Şöbəsinin müdir müavini həmçinin bildirdi ki, Müshəfin yazısında istifadə olunan rənglər tədqiq edildikdə, mürəkkəblərin qara rəngi karbondan, qırmızı rəngin zəfərandan, qızılı rəngin misdən və mavi rəng lapis lazulidən hazırlanıb.

Səid onu da bildirib ki, bu əlyazmanın təhlilində ən mühüm şey Məmlüklər dövründə kağızlar üçün qoruyucu vasitə kimi Niobiumdan istifadə edilməsi olub və bu element əlyazmanın həşəratlar və korroziya faktorları tərəfindən yeyilməsinin qarşısını alıb.

Niobium yer qabığının nadir elementidir və avropalılar onu 1801-ci ildə Kolumbiyada kəşf ediblər.

Lakin indiki araşdırmalar göstərir ki, Niomyum Məmlüklər dövründə məlum olub və avropalılar tərəfindən kəşf edilməmişdən 350 ildən çox əvvəl Misirdə əlyazmaların qorunması üçün istifadə edilib.

Bu əlyazmanın müasir alətlər və texnologiyalarla diqqətlə öyrənilməsi Misirin müxtəlif tarixi dövrlərinə, o cümlədən Məmlüklər və Fatimilərə aid bir çox yeni faktlara işıq salacaq.

Əl-Əzhər kitabxanasındakı əlyazmalar kolleksiyası zəngin kolleksiyadır və əlyazmaların bir çoxunda Qurani-Kərimin nüsxələri ilə yanaşı, şəriət və digər elmlərə aid əsərlər də vardır.

4196355

captcha