IQNA

Misirli kor kişi yarım əsrdən çox Qurani-Kərimə xidmət edib

7:51 - January 31, 2024
Xəbər sayı: 3495395
İQNA – Gözdən əlil 70 yaşlı qari və hafiz Məhəmməd Əbdülqaffar ömrünün yarım əsrdən çoxunu doğulduğu kəndin uşaq və gənclərinə Quran xidmətinə və Quran öyrətməyə həsr edib.

"İQNA", "Veto" saytına istinadən xəbər verir ki, Qarbiya vilayətinin Hessa Şabşir kəndində yaşayan Şeyx Məhəmməd Əbdülqəffar ən böyük Quran hafizi və müəllimlərindən biri kimi tanınır.

Gözdən əlil doğulan Şeyx Əbdülqaffar yeddi yaşında ikən atası ilə birlikdə məscidə gedib. Atası onun Quran əzbərləmə qabiliyyətini görüb və onu ənənəvi Quran məktəbinə göndərib. Orada onun istedadı üzə çıxıb. O, yeddi yaşında Quranı bütünlüklə əzbərləyib və qatıldığı Quran yarışmalarında birinci yeri tutub.

Şeyx Qaffar bu sahədə heç vaxt qeyri-mümkün olanı düşünməmiş və maneələrə baxmayaraq qətiyyət və əzmlə öz arzu və məqsədlərinə çatmaqdan əl çəkməmişdir.

O, gənc yaşlarında Qurani-Kərimi əzbərlədikdən sonra şeyxlərdən birinin köməyi ilə ilk olaraq qiraət və təcvid təhsili alır. Cəmi bir il sonra Quranın təcvid elmini lazımi səviyyədə öyrənə bilib.

Şeyx 25 yaşından özünü doğulduğu kənddə uşaq və gənclərə Quran öyrətməyə həsr edib. O, dini təhsilini Əl-Əzhər İslam Elmləri Fakültəsində başa vurub və o vaxtdan bəri bölgə xalqına xidmət edib, xətib və məscid imamı kimi fəaliyyət göstərib.

Qeyd edək ki, son illərdə Misirdə gözdən əlil insanlara Quranı yeni texnologiyalardan istifadə etməklə öyrətmək üçün çoxlu araşdırmalar aparılıb.

4196662

captcha