IQNA

Ramazan ayı ərəfəsində Şarcədə 30 yeni məscidin tikintisi

7:53 - January 31, 2024
Xəbər sayı: 3495396
İQNA – Şarcə Əmirliyinin rəsmiləri bildiriblər ki, cəmiyyətin bütün təbəqələrinə xidmət etmək üçün 30 yeni məscid tikilib.

"İQNA", "Əl-Xəlic" saytına istinadən xəbər verir ki, Şarcə Dini İşlər İdarəsinin prezidenti Abdulla Xəlifə Əl-Səbusi məscidin tikintisi layihəsinin Şarcə əmiri və BƏƏ-nin Ali Şurasının üzvü Sultan ibn Məhəmməd Əl-Qasiminin himayəsi ilə həyata keçirildiyini bildirib.

İş sahəsinə səfəri zamanı Əl-Səbusi məscid tikintisinin gedişatını izləmək üçün tikintiyə nəzarət edən məsləhətçilər və podratçılarla görüşüb, məscidin tikintisində işlərin gedişi, tamamlanma mərhələləri və başlanması barədə məlumat alıb.

O, həmçinin Ramazan ayı ərəfəsində Rəcəb və Şaban aylarında 30 yeni məscidin tikintisini sürətləndirməyi əmr etdiyini açıqlayıb.

Şarcə Dini İşlər İdarəsinin rəhbəri bildirib ki, tikilən məscidlər yeni arxitekturası ilə seçilir və cəmiyyətin bütün təbəqələri, o cümlədən yaşlılar və əlillər üçün dəhliz, eniş yeri, tualet kimi xidmət imkanlarına malikdir.

Eyni zamanda, məscidlər su və enerjiyə qənaət üçün ən yaxşı beynəlxalq standartlara uyğun tikilir və bəzilərində ekoloji resursların qorunması səylərinə uyğun gələn ağıllı kondisioner, səs və işıqlandırma sistemləri var.

4196670

captcha