IQNA

Gənc misirli qız üç aya Quranı tam şəkildə yazmağı bacarıb

10:48 - February 02, 2024
Xəbər sayı: 3495403
İQNA - Əl-Əzhər Universitetinin tələbəsi olan gənc misirli qız üç ay ərzində Quranı bütövlükdə yazmağı bacarıb.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, 20 yaşlı Ruhab Salah Misirin Qana əyalətindəndir və Əl Əzhərdə təhsil alır.

Qurani-Kərimi necə yazmağa başladığını izah edən gənc qız ən böyük arzusunu yerinə yetirdiyi üçün xoşbəxt olduğunu dilə gətirib.

O, Qurana olan həvəsinin Əl-Əzhər Universitetinə daxil olduqdan sonra ailəsinin təşviqi ilə yarandığını və bir il yarım ərzində Quranı bütünlüklə əzbərlədiyini bildirib.

Ruhab Salah Quranı bütövlükdə yazmağa qərar verdiyi zaman otağında dərs oxuyarkən 3 ay fasiləsiz yazmağa davam etdiyini bildirib.

O, həmçinin deyib ki, Vəhy Kəlamını yazmaq ona əzbərini yenidən nəzərdən keçirməyə və gücləndirməyə kömək etdi.

O, bu uğurunda ailəsinin və müəllimlərinin dəstəyinin böyük rol oynadığını bildirib və uğurundan qürur duyduğunu bildirib.

4196683

captcha