IQNA

Misir qadınlarının Quran məclisi

7:59 - February 07, 2024
Xəbər sayı: 3495433
İQNA – Misir Vəqfləri Nazirliyi Əl-Seyyidə Nəfisə məscidində ilk dəfə qadınlar üçün Quran məclisinin keçirildiyini bildirib.

"İQNA", "Əl-Əhram" saytına istinadən xəbər verir ki, Nazirlik bu Quran məclisini fevralın 6-da qadınlar üçün xüsusi olaraq keçirib.

Nazirlikdən verilən açıqlamada proqramda çoxlu gənc qadının Qurani-Kərimdən ayələr oxuduğu bildirilib.

Həmçinin bildirilib ki, belə bir Quran tədbirinin təşkili ilə gənc Quran qariləri və hafiz qadınlarını Qurani-Kərimi gözəl oxumağa və Vəhy kəlamı haqqında düşünməyə təşviq etmək məqsədi daşıyır.

Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə məscidlərin tikintisi və inkişafının iki fərqli sahədə aparıldığını bildirərək, bu cür proqramların məscidlərdə Quran fəaliyyətinin inkişaf etdirilməsi səylərinin bir hissəsi olduğunu bildirib.

Misir Vəqflər Nazirliyi son illərdə qadınlar üçün Quran fəaliyyətinin inkişafına xüsusi diqqət yetirir. İslam dünyasının böyük alimlərinin yetişdirildiyi ənənəvi Quran məktəblərində müəllimlərin çoxu qadın olub və onların varlığı bu gün də davam edir.

4198310

Teqlər: misir ، məscid ، quran təlimi ، Qadınlar
captcha